Tünzalə: “Xərçəng boğazıma qədər yayılıb”

Tünzalə: “Xərçəng boğazıma qədər yayılıb”

Əməkdar artist Tünzalə Əliyeva yenidən onkoloji xəstəliyə tutulması barədə yayılan xəbəri təsdiqləyib. SİA-nın məlumatına görə, o, bu barədə özü xəbər verib: "Bu sözləri yazmaq mənim üçün çətindir. Təəssüflər olsun ki, xəstəliyim metastoz verdi və boğazıma qədər yayılıb. Milli Onkologiya Mərkəzində 6 kimyaterapiya alacam, inşallah sağalaram. Özümü hər an hər şeyə hazırlamışam. Amma inanıram ki, yaxşı olacaq. Zəhrimar çox balacadır, onu böyütmək istəyirəm. Bütün müalicəm təmmannasız ediləcək”.

Qeyd edək ki, aktrisanın xəstəliyi ötən il baş qaldırmışdı. O, əməliyyat olunmuş və kimyaterapiya almışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə