Aktyor Elçin Məmmədli rol aldığı "Xüsusi təyinatlı İbad" filmindən söz açıb. SİA-ya danışan aktyor həmin ekran işini qardaş ölkədə təqdim etdiyini bildirib: " "Xüsusi təyinatlı İbad" filminin Türkiyədə qala gecəsi baş tutdu. Film qardaş ölkənin tamaşaçıları tərəfindən çox bəyənildi. Gecə anşılaq keçdi. Sözügedən film yaradıcılığımda xüsusi yerdədir".
Aktyor Türkiyə rejissorları tərəfindən serialda rol almaq üçün təklif gəldiyini də bildirib: "Yaxın günlərdə ola bilsin ki, qardaş ölkəyə yola düşüm. Belə ki, Türkiyənin məşhur rejissoru tərəfindən serialda rol alamq üçün təklif gəlib. Yeni serialdır. Ümid edirəm ki, maraqlı ekran işi olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB