"Gizlənpaç"ın qala gecəsi baş tutdu FOTOLAR

"Gizlənpaç"ın qala gecəsi baş tutdu FOTOLAR

Nizami Kino Mərkəzində yumor ustası Müşviq Şahverdiyevin "Gizlənpaç" filminin qala gecəsi baş tutub. SİA-nın məlumatına görə, tədbirə şou-biznesin məşhur simaları qatılıb.

Gecənin aparıcılığını Şəhriyar Əbilov edib.

M.Şahverdiyev təəssüratlarını bölüşüb: "Film yayda 40 dərəcə istidə çəkilib. Bilirik ki, işimizə yaxşı da, pis də deyənlər olacaq. Bu işi görən hamı əziyyət çəkir. Kiminsə işi uğursuz ola bilər".

İdeya və ssenari müəllifi Fariz Əliyevin olduğu filmdə M.Şahverdiyev və İ.Miskərli ilə yanaşı Zümrüd Qasımova, Zarina Qurbanova, Səməd Səfiyarov da çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə