Elnarə Abdullayeva: "Ayaqlarını qırarıq, səni efirə qoymarıq"

Əməkdar artist Elnarə Abdullayeva qalmaqallardan söz açıb. SİA-nın verdiyi xəbərə görə, ifaçı bunları deyib: "Şou-biznəsə söz atmaqla gəlməmişəm. Başım hər zaman işlərimə qarışıb. Bəzən kənardan ağzı göyçəklər gördüyüm işlərə irad bildirirlər. Siz mən gördüyüm işlərdən birini edin. Sonra kiminsə bostanına daş atın. Məni qalmaqallara qatmayın. Bir dəfə də məni söz-söhbətə qatmışdılar. Qardaşlarım məni yıxıb-sürüdü. Qardaşlarım dedi ayaqlarını qırarıq, səni efirə qoymarıq. Mən də söz götürən adam deyiləm".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...