Sevda Yahyayeva: “Gecə-gündüz çalışıram”

Sevda Yahyayeva: “Gecə-gündüz çalışıram”
Müğənni Sevda Yahyayeva avqust ayında növbəti solo konsertini verməyə hazırlaşır. SİA-ya açıqlama verən ifaçı konserti haqda məlumat verib: "Özümü xoşbəxt müğənni hesab edirəm ki, neçə illərdir, məni sevən insanların qarşısında solo konsertlərimlə çıxış edirəm. Hazırda çalışıram ki, daha maraqlı və fərqli konsert verim. Artıq neçə aylardır ki, bu konsert proqramına hazırlaşıram. Sevilən bəstəkarımız İsmayıl Əsədovun topladığı musiqi orkestrı ilə birlikdə canlı musiqi səsləndiriləcək. Səhnədə mənimlə birlikdə rəqqaslar da çıxış edəcək. Bu il də ənənəyə sadiq qalaraq 20-dən çox mahnı oxuyacağam. Odur ki, gecə-gündüz komanda şəklində çalışırıq ki, tamaşaçı razı qalsın. Geyimlərim daima fərqli olub. Bu il də qeyri-adi və yeni səhnə geyimlərində çıxış edəcəyəm. Konsertin aparıcısı haqda danışmaq istəmirəm. İnanıram ki, konsertə gələnlər zamanını əyləncəli, musiqili və maraqlı keçirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə