Aktrisa erməni şairini bəhs edən filmdə oynayacaq FOTOLAR

Türkiyənin tanınmış aktrisası Tuba Böyüküstün "Küləyin xatirələri" adlı filmdə rol alacaq. SİA-nın verdiyi xəbərə görə, film müxalif erməni şairi Aramın həyatından bəhs edir. Ekran işində II Dünya müharibəsinin son günlərində ölkədən qaçmaq məcburiyyətində qalan şairin səfəri öz əksini tapır. Aktrisa artıq çəkilişlər üçün əri Onur Saylakla birgə Gürcüstana gedib. Hazırda çəkilişlər Batumidə davam edir. Filmin bir hissəsi Artvində çəkiləcək.

Aktrisanın sözügedən filmə hazırlaşan zamanı lentə alınan fotolarını təqdim edirik:

Bütün xəbərlər Facebook səhifəmizdə