"Qala" qrupunun solisti Ceyhun Əliyev hazırda küsülü olduğu həmkarı Günay İbrahimli haqqında xoşagəlməz fikirlər səsləndirib. SİA-ya açıqlama verən Ceyhun, Günayın ondan üzr istəməsini tələb edib: "Günay düşünür ki, tək oxusa, daha yaxşı gəlir əldə edər. Ancaq bilməlidir ki, hər dəfə solo ifa etməklə yenilik etmiş olmayacaq. Yenə də öz işidir. Onu da deyim ki artıq hansısa məclisdə olanda bir-birimizə salam vermirik. Ancaq o, səhvini başa düşüb üzr istəsə, ürəyim yumşalar, barışaram. Xüsusilə deyim ki, Günay mənimlə çalışan ərəfədə işlərə çox laqeyd yanaşırdı. Hətta zənglərimi yanındakı disk daşıyanlarına açdırırdı. Etdiyi səhvləri başa düşməsə, ona hər zaman maneçilik törədəcəm. Çünki kiminsə mənə hörmətsizlik etməsini sevmirəm. Allah şahiddir ki, ona görə çox əziyyət çəkmişəm. Günayla səsləndirdiyim bütün duetlərin xərcini hər zaman özüm ödəmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə