Emrah Bakıda

Türkiyənin tanınmış müğənnisi Emrah martın 22-də Bakıya gəlib. Emrah Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə verdiyi açıqlamada rejissoru olduğu "Gəlməyən bahar" filminin Bakıda keçiriləcək premyerasına qatılmaq üçün gəldiyini bildirib. Filmin təqdimat mərasimi martın 23-də "Nizami" Kino Mərkəzində keçiriləcək.

Qeyd edək ki, tədbirdən sonra müğənni Türkiyəyə geri qayıdacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə