Komediya ustası Cem Yılmaz Bakıya gəlir?

Türkiyənin məşhur komediya ustası Cem Yılmazın Bakıya gəlişi gözlənilir. SİA-nın verdiyi xəbərə görə, komediya ustasının Bakıya səfəri bu ilin yayına qədər baş tutacaq. Cem Yılmaza Bakı səhnəsində çıxışına görə 150 min avro qonorar veriləcək.

Qeyd edək ki, baş tutacaq konsertin hansı məkanda olacağı isə hələ ki, bəlli deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...