Dünyaca məşhur rejissor Bakını çəkiliş meydanına çevirə bilər

Dünyaca məşhur rejissor Bakını çəkiliş meydanına çevirə bilər

Hollivudun məşhur rejissoru Pol Anderson Bakıya gəlib. SİA-nın məlumatına görə, o, "Mançester Yunayted" futbol klubunun üzvlərinin iştirakı ilə Azərbaycanın ilk mobil operatoru olan Bakcell üçün reklam çarxı çəkib.

Rejissor bu gün yerli mətbuatın qarşısına çıxıb və bütün detalları jurnalistlərlə bölüşüb. Polun sözlərinə görə, o, nadir hallarda reklam çəkir: "Ümidvaram ki, çəkdiyim rolik tamaşaçıların zövqünə oxşayacaq. Mən professional rejissoram və daha ağır mövzulara üstünlük verməyi sevirəm. Məsələn, dünyanın sonu, qiyamət günü və bu gün dəhşətli hadisələri təsvir etmək daha çox xoşuma gəlir. Çəkdiyim bəzi filmlər də bunun bariz nümunəsidir.

İlk dəfədir paytaxtımızın qonaq olan rejissor şəhərimizi çox bəyəndi: "Olduqca qonaqpərvərsiniz. Şəhərinizin görünüşünü isə çox bəyəndim. Mənim çəkiliş meydançalarımın görüntüsü mükəmməl olmalıdır. Bakının da gözəl mənzərəli var. Odur ki, bu şəhər mənim də çəkiliş meydançam ola bilər. Ən çox bəyəndiyim isə paytaxtda olan qədim və müasir binalardır. Həm keçmişinizi qoruyub saxlamısınız, həm də indiki dövrlə ayaqlaşa bilmisiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə