Məşhur rejissorla cazibədar teleaparıcı Moskvada nə edirdi?

Məşhur rejissorla cazibədar teleaparıcı Moskvada nə edirdi?

Azərbaycanın tanınmış rejissoru Nail Naiboğlu və cazibədar aparıcı Zemfira Adıgözəlova Rusiyanın paytaxtı Moskva şəhərinə yollanıblar. Nailin SİA-ya verdiyi məlumata görə, onların səfərinin səbəbi ərsəyə gətirdikləri "Klip parad" verilişidir.

Moskvada xüsusi buraxılışı hazırlayan heyət eksklüziv simaları verilişə qonaq edib. "Blestaşiye" qızları ilə yanaşı dünyada kifayət qədər məşhurluq qazanan "Latina Şou" qrupunun da özəl müsahibələri məhz "Klip parad" verişində nümayiş olunacaq.

Rejissor bildirir ki, onları Moskvaya azərbaycanlı müğənni İlham Qasımov dəvət edib: "İlham mənim yaxın dostumdur. Dəvətini qəbul etmək çox xoş oldu. 5 gün ərzində həm dincəldik həm də çəkilişlərimizi apardıq".

Onu da bildirək ki, "Klip parad" verilişinin layihə rəhbəri və rejissoru Nail Naiboğlu, aparıcısı Zemfira Adıgözəlova, prodüsseri Pərviz Oqtayoğlu və operatoru Elman Əliyevdir.

Səs İnformasiya Agentliyinin (SİA.AZ) informasiya dəstəyi olduğu verilişi isə 9 noyabr saat 16.30-da Lider TV-nin efirində izləyə bilərsiz.

Bütün xəbərlər Facebook səhifəmizdə