Azərbaycanlı müğənni: “Evlənəcəyim xanım müğənni ola bilməz”

Azərbaycan estradasının tanınmış qrupu olan "Qala" qrupunun solisti Ceyhun Əliyev şəxsi həyatından danışıb. İfaçı gələcəkdə evlənəcəyi xanımın qısqanc olmamasına üstünlük verdiyini deiyb. SİA-ya açıqlama verən müğənni şou-biznesdən olan xanımla heç vaxt evlənmək istəmədiyini də etiraf edib: "Azərbaycanımızın bütün qızları yaxşıdır. Sadəcə olaraq hər kəsin çatışmayan cəhətləri vardır. Elə xanımla evlənməliyəm ki, sənətimi qəbul etsin və məni qısqanmasın. Evli olduqdan sonra evdə ailəli, çöldə isə subayam. Onu da vurğulayım ki, evlənəcəyim xanım şou-biznes əhlindən ola bilməz",-deyə Ceyhun bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...