“Kərim Abbasovu unutmaq qeyri-mümkündür”

Azərbaycan estradasının tanınmış müğənnisi Kərim Abbasov heç kimin şou-biznesdən getməsini istəmədiyini dilə gətirib. Müğənni ifaçıların sayı çoxaldıqca rəqabətin də güclü olduğunu söyləyib. SİA-ya açıqlama verən Kərim bəy bunları deyib: "Heç kimin sənətdən getməyini istəmirəm. Çünki ifaçıların sayı çox olanda sənət və rəqabət olur. Bəzi həmkarlarımdan fərqli olaraq şou-biznesə yeni simaların gəlməyini istərdim. Onu da söyləyim ki, onların gəlməsinə baxmayaraq mənim üzüm heç vaxt unudulmayacaq. Çünki neçə ildir ki, professional səhnədəyəm. Kərim Abbasovu unutmaq qeyri-mümkündür",-deyə Kərim etiraf edib.

Bütün xəbərlər Facebook səhifəmizdə