Türk musiqisinin \"imperator\"u İbrahim Tatlısesin səhhətində problemin olmasına baxmayaraq son zamanlar bir çox mükafatvermə mərasimlərində iştirak edir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, müğənninin qatıldığı tədbirlərdə uzun-uzadı danışması onun səhhətində ciddi problemlər yaradıb. İbrahim bəyə buna görə də həkimlər tərəfindən qadağa qoyulub.

Qeyd edək ki, İbrahim Tatlıses səhhətindəki problemə görə bu yaxınlarda işıq üzü görəcək \"Möcüzə\" adlı yeni albomunun hazırlıq işlərini dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə