İlhamə Quliyevanın hədiyyəsinə kim göz dikib?

İlhamə Quliyevanın hədiyyəsinə kim göz dikib?

Azərbaycanın tanınmış müğənnisi Xatunun başına iş gəlib. Müğənninin mahnılarından biri gənc ifaçı tərəfindən oğurlanıb. Musiqisi və sözləri Aybəniz Güllərə məxsus "Can Azərbaycan" mahnısını Xatuna xalq artisti İlhamə Quliyeva hədiyyə edib. Məhz bu səbəbdən sözügedən mahnı Xatun üçün önəm daşıyır.

Lakin gənc müğənni Elvin Abbasov Xatunun repertuarından olan mahnını təkcə oxumaqla kifayətlənməyib. O, adıçəkilən mahnıya klip də çəkdirib. Klipi Sərxan Kərəmoğlu ekranlaşdırıb. Yeri gəlmişkən onu da xatırladaq ki, Xatunun bir neçə mahnısı, xüsusilə "Səndən ötrü"yə bir çox tanınmış müğənnilər belə müraciət ediblər. Elvin Xatundan razılıq almadan mahnıya müraciət etməklə yanaşı, çəkdirdiyi klipi də internet səhifələrinə yerləşdirib.

Oğurluqla bağlı Xatunun münasibətini öyrənməyə çalışdıq. Bu barədə SİA-ya açıqlama verən müğənni bu sözləri dedi: "İlk dəfə deyil ki, gənc müğənnilər mənim repertuarıma müraciət edirlər. Bəzi xalq artistlərindən fərqli olaraq mən gənc ifaçılara qısqanclıqla yanaşmıram. Düzdür, Elvin mənə zəng vurub halallıq istəməyib. Ancaq oxuyubsa, Allah canını sağ eləsin. Sadəcə gənclərə məsləhətim odur ki, şou-biznesdə tanınmaq, məşhur olmaq üçün yeni mahnılar oxusunlar, başqa müğənnilərin repertuarlarını oğurlamasınlar. O mahnı mənim ifamdan tanınıb və seçilib, məndən sonra kiminsə oxuması önəmli deyi".

Bütün xəbərlər Facebook səhifəmizdə