Günel Məhərrəmova: “Həyat yoldaşım da dedi ki...”- AÇIQLAMA

Ailə qurduqdan sonra səhnədən uzaq düşən "Azəri-star" mahnı müsabiqəsinin yadda qalan iştirakçısı Günel Məhərrəmova yaradıcılığında olan yenilikdən söz açdı. SİA-ya açıqlama verən müğənninin sözlərinə görə, onun efirlərdən uzaq düşməsinin səbəbi ailə qurmasıdır: "Artıq neçə aydır ailəliyəm. Ailə qurandan sonra insan bir müddət öz evinə qapanır, ailəsinə bağlanır, ailə qayğıları ilə maraqlanır. Buna görə də fikirləşdim ki, mən də bir az dincəlməliyəm. Həyat yoldaşım da dedi ki, istəyirsən bir müddət proqramlara getmə, dincəl. Artıq doyunca dincəlmişəm. Amma arada verilişlərdə iştirak edirdim. Bundan sonra isə mütəmadi yaradıcılıq fəaliyyətimə başlayacağam. İnşallah!"

Müğənni yeni mahnılar oxuyacağını da bildirib: "İstəyirəm, bir neçə yeni mahnılar oxuyum və cəm şəkildə albom çıxardım. İnşallah, mahnıları payız aylarına qədər hazırlayacağam. Alboma 12-15 mahnı daxil olacaq. Mahnıların arasında klassik estrada, xalq və özümə məxsus olanları da var. Müxtəlif bəstəkarlardan mahnılar olacaq. Amma adlarını açıqlamayacağam. Çünki əvvəlcədən desəm, bir müddətdən sonra müğənnilər oğurlamağa başlayacaqlar. Elə mahnıları ifa edəcəyəm ki, hər kəs təəccüblə qarşılayacaq. Deyəcəklər ki, həmin mahnını Günel də oxuya bilər?! Əslində, həmin mahnını ifa edəndə, eşidənlərin xoşuna gəlib. İnşallah, həmin mahnıdan sonra insanların qəlbinə yeni Günel Məhərrəmova olaraq başqa bir janrda yol tapacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...