Qurçenkonun əri Bledansa aktrisanın kostyumunu hədiyyə edib

Teleaparıcı və aktrisa Evelina Bledans "7 Gün" nəşrinə müsahibəsində Lyudmila Qurçenkonun…gərək ki sonuncu əri olan Sergey Senin tərəfindən sənətçinin kostyumunu ona hədiyyə etdiyini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Vladimir Menşovun "Məhəbbət və göyərçinlər" filmində Lyudmila Qurçenkonun oynadığı qəhrəmanı, Raisa Zaxarovanı Bledans hazırda tamaşalarda oynayır.

Bledans Qurçenkonu həmişə ona ilham verən “inanılmaz” qadın adlandırıb. Tamaşalar bitdikdən sonra sənətçi bağ evində kostyumlu maneken yerləşdirməyi planlaşdırır.

Bledans onu da qeyd edib ki, Qurçenko ilə şəxsən tanış olub. O, sənətçi ilə qatar kupesində tanış olduğunu bildirib. Gecənin yarısına qədər orada çay içib söhbət etdilər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə