Hadisə xəstəxanaya yerləşdirildi

Hadisə xəstəxanaya yerləşdirilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, gərgin konsert marafonunu davam etdirən Hadisə xəstəxanaya yerləşdirilib. Reper Murda ilə birlikdə çıxardığı "Sən Dönene Kadar" adlı yeni mahnısının konsertlərinə davam edərkən, gərgin tempdən xəstələnib.

Kipr konsertinə gələrkən xəstəxanaya yerləşdirilən Hadisə bunları deyib: "İstanbulda möhtəşəm konsert verdim. Gecə yatdıqdan sonra səhər oyananda boynumda tutqunluq yarandı və özümü pis hiss etdim. Həkimim müdaxilə etdi. Sizin sayənizdə mən ayaq üstə və sizinləyəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə