Aktyor Kıvanç Tatlıtuğ "Ailə" serialında aktrisa Serenay Sarıkaya ilə öpüş səhnələrinin həyat yoldaşı Başak Dizerlə aralarında heç bir münaqişə və problem yaratmadığını deyib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, aktyorun sözlərinə görə, yayılan xəbərlər yalandır.
TV8 ekranlarında yayımlanan "2-ci Səhifə" proqramına mövzu ilə bağlı açıqlama verən Kıvanç Tatlıtuğ iddianı təkzib edib: "Həm evdə, həm də çəkiliş meydançasında vəziyyət çox yaxşıdır. Hər layihədə təkrarlanan bu uydurma xəbəri vecimizə almırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB