"Zirvə görüşündə Prezident çox mühüm bir məsələyə toxundu" - DEPUTAT ŞƏRH ETDİ
"Azərbaycan dövləti hər zaman türk dövlətləri ilə əməkdaşlığın tərəfdarı olub və bu istiqamətdə Azərbaycan çox mühüm təşəbbüslərlə çıxış edib". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.
Onun sözlərinə görə, Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü türk dövlətlərinin əməkdaşlığının daha da günclənməsini nümayiş etdirdi: "Ənənəvi olan iqtisadi və mədəni sahədə əməkdaşlıq təhlükəsizlik və hərbi-sənaye sahəsində də inkişaf edəcək. Xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycan Prezidenti çox mühüm bir məsələyə toxundu. Ölkə başçısı vurğuladı ki, türklərin yaşadığı ölkələrin xaricində onların hüquqlarının, dillərinin qorunması, mədəniyyətinin inkişaf etdirilməsi türk dövlətlərinin diqqət mərkəzində olacaq. Bununla bağlı müvafiq əməkdaşlıqlar qurulacaq. Səmərqənddə keçirilən Zirvə toplantısı ilə yanaşı Azərbaycan Özbəkistanla ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müvafiq danışıqlar apardı və bu sahədə də çox böyük irəliləyiş mövcuddur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB