İsmayıllıda ağacəkmə aksiyası keçirilib FOTOLAR

İsmayıllıda ağacəkmə aksiyası keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyasının təsis olunmasının 30 illiyi ilə bağlı İsmayıllı rayon təşkilatı silsilə tədbirlərini uğurla davam etdirir. Növbəti tədbirlərdən biri də ağacəkmə aksiyası keçirilib. Dövlətin ekoloji siyasətinə hər zaman dəstək verən Yeni Azərbaycan Partiyasının ənənəsinə sadiq qalan partiyanın İsmayıllı rayon təşkilatının fəalları, İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, İsmayıllı Regional Hidrometeorologiya Müəssisəsinin və İsmayıllı rayon Humanitar və Texnologiya Kollecinin kollektivləri ilə birgə İsmayıllı rayonunun Qarabağ qəsəbəsi yaxınlığında, İsmayıllı-Qəbələ avtomagistralının sol hissəsində Meşə fonduna aid ərazidə rayonun iqliminə uyğun olaraq, 500-dək müxtəlif ağac növləri əkiblər.

Zümrüd

Bütün xəbərlər Facebook səhifəmizdə