Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü ilə bağlı ölkəmizin bütün bölgələrində silsilə tədbirlər keçirilir. Yeni Azərbaycan Partiyasının ildönümünü hər il təntənəli şəkildə qeyd edən YAP Gəncə şəhər təşkilatı bu il də ənənəsinə sadiq qalıb. Silsilə tədbirlərlə doğma partiyamızın yaranmasının 30-cu ildönümünü qeyd edən təşkilat ağacəkmə aksiyası da keçirib.
Bu tarixi hadisə ilə əlaqədar keçirilən ağacəkmə aksiyasında təşkilatın partiya fəalları və gənclər iştirak ediblər. YAP fəalları bayram əhval-ruhiyyəsi ilə davam edən aksiya çərçivəsində 600 ədəd sərv və tuya ağacı əkiliblər. Partiya fəalları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qaydada qulluq göstəriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB