TDT XİN başçıları təşkilatın strategiya və qaydalarını müəyyənləşdirən sənədlər imzalayıblar - FOTO

TDT XİN başçıları təşkilatın strategiya və qaydalarını müəyyənləşdirən sənədlər imzalayıblar - FOTO

Bu gün Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqiyə doğru” mövzusunda sammit keçiriləcək. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “Twitter“ səhifəsində paylaşım edib.

Bildirilib ki, xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı ilə 2022-2026 illəri əhatə edən strategiya, qaydalar və prosedurlar haqqında bir sıra mühüm sənədlər imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə