12 noyabr tarixi Azərbaycan tarixinin ən önəmli səhifələrindən biridir - DEPUTAT DANIŞDI

12 noyabr tarixi Azərbaycan tarixinin ən önəmli səhifələrindən biridir - DEPUTAT DANIŞDI

”1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin birbaşa rəhbərliyi və nəzarəti altında yeni konstitusiya layihəsi hazırlandı. Konstitusiyanın qəbul olunması özü postsovet ölkələri içərisində Azərbaycanın demokratik ənənələrə nə qədər açıq və həssas olduğunu nümayiş etdirdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, konstitusiya qəbul olunmazdan öncə ictimai rəyə təqdim olundu: “Bu bütövlükdə Ulu Öndər tərəfindən ictimai rəyə nə dərəcədə ehtiramla yanaşıldığını göstərirdi.

Azərbaycan Respublikasının konstitusiyası həm də aydın şəkildə göstərdi ki, Ulu Öndər insan hüquqlarına nə qədər böyük həssaslıqla yanaşır. Konstitusiyada əsas müddəalar insan hüquqlarının etibarlı qorunması ilə bağlıdır. 1995-ci ildə həmin dövrün reallıqları çox dəqiqliklə nəzərə alınmaqla qəbul olunmuş konstitusiya təbii ki, ölkənin ümumi inkişafı, sağlam demokratik cəmiyyət quruculuğu, ayrıca olaraq insan hüquqlarının qorunması imkanlarının real olaraq təmin olunması və genişləndirilməsi baxımından çox əhəmiyyətli oldu. Təbii ki, ana qanun növbəti mərhələdə uğurlarımızın əsas leytmotivini təşkil etdi.

Nəzərə almaq lazımdır ki, dünyada, cəmiyyətdə müxtəlif xarakterli dəyişikliklər cərəyan edir. Müvafiq olaraq bu dəyişikliklər qanunvericilik bazasında, həmçinin əsas qanunda, yəni konstitusiyada da öz əksini tapmalıdır ki, ölkə inkişafında dayanıqlılıq təmin olunsun. Eyni zamanda dövlətçilik sisteminin daha çevik, effektiv olması imkanları da təmin olunsun. Müvafiq olaraq Azərbaycan Rspublikasının konstitusiyasında olduqca mühim dəyişikliklər həyata keçirilib. İki dəfə referendum yolu ilə edilmiş əlavə və dəyişikliklər sonrakı inkişafımızın çox mühim elementlərini formalaşdırdı.

Qeyd etmək lazımdır ki, Azərbaycan cəmiyyəti hər zaman demokratik prinsiplərin qorunması, insan hüquq və azadlıqlarının təmin olunması, eyni zamanda vətəndaş cəmiyyəti qauruculuğu istiqamətində aydın təsəvvürlərə malik olmaqla sözü gedən istiqamətlərdə təkmil qanunvericilik bazasının olması, ayrıca olaraq ölkə konstitusiyasının müvafiq müddəalarının dəqiqliklə ifadə olunması təbii ki, hərtərəfli inkişafın təməlini təşkil edib. Hesab edirəm ki, Azərbaycan konstitusiyasının başlıca cəhəti də məhz bunlardan ibarətdir. Bizim konstitusiyamızda ifadəsini tapmış müddəalar həm də cərəyan dəyişikliklərə, yeniliklərə müvafiq olaraq inkişaf hədəflərinə doğru addımın atılmasına zəmin verir. Bu baxımdan 12 noyabr tarixi təbii ki, Azərbaycan tarixinin ən önəmli səhifələrindən biridir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə