"Beynəlxalq birlikdən Ermənistana çağırışlar daha da sürətlənib" - POLİTOLOQ DANIŞDI
“Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Eyni zamanda həm Soçi görüşü, həm də Vaşinqtonda iki ölkənin xarici işlər nazirlərinin görüşündən sonra vəziyyəti gərginləşdirməyə çalışır. Bu gün delimitasiya ilə bağlı və Ermənistanın üzərinə götürdüyü öhdəliklərlə bağlı artıq beynəlxalq birlikdən Ermənistana çağırışlar daha da sürətlənib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, Ermənistan süni şəkildə vaxt udmağa çalışır və hesab edir ki, üzərinə götürdüyü öhdəliklərdən yayınmaq üçün daha gec addımlar atmalıdır: “Buna görə də süni gərginlik ocaqları yaratmağa çalışır. Dünyada isə yenidən guya Azərbaycanla vəziyyətin gərgin olması ilə bağlı fon yaratmağa çalışır.
ATƏT və Avropa İttifaqı missiyalarının Ermənistana səfərlərindən sonra belə sərhəddə təxribatlar törədərək, Azərbaycanla münaqişənin olması ilə bağlı da fon yaratmağa çalışır. Ermənistanın son gərginlikləri göstərir ki, Ermənistan xüsusilə beynəlxalq havadarlarının dəstəyi ilə yenidən müharibə vəziyyətinin qızışmasında maraqlıdır. Çünki Ermənistanın 44 günlük Vətən müharibəsində aldığı məğlubiyyət Ermənistanın təkcə hərbi məğlubiyyəti deyil, həm də siyasi və hər bir mənada məğlubiyyəti hesab edilir. Ermənistan bütün bunların fonunda hansısa bir təklif irəli sürmək şansını da itirib. Regionda əsas şərtləri diqtə edən tərəf Azərbaycan tərəfidir. Ermənistan bu təxribatları edərək, regionda növbəti dəfə müharibə abu-havasını yaratmağa çalışır. Eyni zamanda Ermənistanın sərhəd təxribatları həm də beynəlxalq müşahidəçilərə və dünya birliyinə Azərbaycan-Ermənistan münaqişəsinin yenidən alovlanmağı barədə mənzərə yaradaraq, yenidən yardımlar əldə etməyə çalışır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB