Nəsimi rayonunda şəhid ailələri ziyarət olunub FOTOLAR

Nəsimi rayonunda şəhid ailələri ziyarət olunub FOTOLAR

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur.

Zəfər Günü ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid ailələri rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tərəfindən ziyarət olunub və bayram sovqatları çatdırılıb, onların qaldırdıqları məsələlərin həlli nəzarətə götürülüb.
Vətən müharibəsi şəhidlərinin ailə üzvləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Nəzakət Ələddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə