"Bayraq günü bizim şərəf günümüzdür" -DEPUTAT ŞƏRH ETDİ

"Bayraq günü bizim şərəf günümüzdür" -DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan dövlətinin əsas rəmzlərindənm biri də Azərbaycan Respublikasının bayraqıdır." Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib:

Onun sözlərinə görə, o bayraq bizim dövlətimizin simvoludur, bizim müstəqilliyimizin simvoludur. Bu gün deyə bilərəm ki hər bir azərbaycanlının ümid yeri dövlətimizin suvennerliyini qorumaq, müstəqilliyimizi hər şeydən uca tutmaqdır. Çünki, dövləti olan xalq hər zaman inkişafa qadirdir və biz ümid edirik ki, günü günü-gündən inkişaf edəcəyik. Heç şübhəsiz ki, Azərbaycan bu inkişafı öz qələbəsi ilə bütün dünyaya nümayiş etdirdi və Azərbaycanımızın mədəniyyət paytaxtı olan Şuşada şanlı bayraqımız bu gün qürurla dalğalanır. 9 noyabr Bayraq günü bizim şərəf günümüzdür".

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə