Ərdoğan: "Qarabağ həmişə Azərbaycan olaraq qalacaq"

Ərdoğan Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib
Ərdoğan: "Qarabağ həmişə Azərbaycan olaraq qalacaq"

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu barədə dövlət başçısı rəsmi tviter səhifəsində paylaşım edib.

"44 günlük dastanvari bir mübarizədən sonra Qarabağın yenidən azadlığına qovuşmasının nişanəsi olan Azərbaycanın 8 Noyabr - Zəfər Gününü ən səmimi duyğularıma təbrik edirəm. Qarabağ Azərbaycandır və həmişə Azərbaycan olaraq qalacaq", - R.T. Ərdoğan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə