Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov tərəfindən 4-cü mikrorayon Mir Cəlal küçəsi 42 ünvanda növbəti səyyar qəbul keçirilmiş, sakinlərin müraciətləri dinlənilmiş həyata keçirilən işləri sakinlərlə müzakirə edilmişdir. Mikrorayonda, o cümlədən A.Mustafayev, A.Məhərrəmov, H.B.Əliyev, H.Seyidzadə küçələri ərazilərində yaşayan sakinlər səyyar qəbulda iştirak etmişlər. Sakinlərdən Cəmilə Rzayeva, Pakizə İsmayılova, Qulu Mirzəyev, Anar Həsənov, Bahar Kərimova, İbrahim Kərimli, Zümrüd Paşayeva, Maşallah İbrahimov, Qorxmaz Bayramov, Malik Malikov və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən binanın fasadının təmiri, binanın giriş qapısının təmiri, dam örtüyünün və zirzəminin təmir edilməsi, həyətin abadlaşdırılması, oturacaqların qurulması su təchizatında fasilələrin olması barədə müraciətlər etmişlər. Qəbulun gedişində Möhtərəm Prezidentimiz, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun qələbəsinin 8 Noyabr – Zəfər Gününün qürur hissi ilə qeyd ediləcəyi, bu münasibətlə ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da çoxsaylı tədbirlərin keçirildiyi bildirilib. Həmçinin ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuş, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi çərçivəsində Nəsimi rayonu ərazisində görülən işlər xüsusi vurğulanmışdır. Sakinlərə vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin təklif və rəylərin verilməsi imkanının olduğu barədə məlumat verilib.Qaldırılan məsələlərin həlli ilə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.
Nəzakət Ələddinqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB