“Hər bir ölkənin dövlət olaraq formalaşması, demokratik təsisatların bərqarar olması, xalqla dövlət arasındakı münasibətləri də tənzimləyən Konstitusiya qanunu olur və bu baş qanun adlanır. Ölkəmizdə Konstitusiya qanununun formalaşması Ümummilli Liderimizin adı ilə bağlıdır. Bu qanun 1995-ci ildə qəbul olunub. Müstəqil Azərbaycanın Konstitusiyası Heydər Əliyevin birbaşa diqqəti ilə formalaşdırılıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanın hərtərəfli inkişafı 1995-ci ildə qəbul edilmiş Konstitusiya qanunumuzun işləməsi sayəsindədir: “Ölkəmiz 1995-ci ildən saysaq çox uzun, çətin, amma şərəfli yol keçib. Təbii ki, bu təsisatların formalaşdırılması dövlətçilik ənənəsini özündə ehtiva edir. Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında şanlı ordumuzun rəşadəti sayəsində müzəffər bir xalq obrazını qazanıb. Biz bu gün dünya ölkələri içərisində də xüsusi bir nüfuza malik ölkə statusunu daşıyırıq. Hazırda ölkəmizdə bütün sahələr üzrə inkişaf var.
Dünyada gedən proseslərin içərisində Azərbaycan özünəməxsus milli maraqlarını öndə tutur. Bunların hər birində də əlbəttə ki, Konstitusiyanın müddəalarını əlində rəhbər tutan bir dövlət var. Düşünürəm ki, ölkəmiz gələcəkdə də çox böyük uğurlara imza atacaq.
12 noyabr Konstitusya günü nə qədər Azərbaycan varsa, o qədər müddət ərzində də xüsusi bir bayram kimi qeyd ediləcək. Çünki ölkədə demək olar ki, bütün sahələr üzrə strukturun formalaşdırılmasında Konstitusiyamızın böyük rol oynayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB