Tehranın başıəmmaməli rejiminin əlində olan idarəçilik “missiyasında” daha hansı “xarüqələr” yaradılmayıb ki... İslam dünyasının müqəddəsləri hesab edilən şəxsiyyətlərin ziyarətgahlarından yığılan pul-paraların Qərb ölkələrində yaşayan molla balalarının ciblərinə axmasından tutmuş qumar oynamalarına, içki içmələrinə, orgiya gecələri təşkil etmələrinə qədər bütün faktlar internet resurslarında hazırda da mövcuddur. Mələn, edam hökmü kəsən Tehranın baş hakiminin, Xoyun insanlara şallaqlama, falaqqa qərarları verən baş sərbazının, İsfahanın, Qumun “zina haramdır!” deyən imam xətiblərinin hansısa qohumları Amerikada, ya da Avropada zəngin həyat tərzi keçirir, ümumiyyətlə, İslam dininin yasaq buyurduğu bütün əməlləri gecəli-gündüzlü yaşayırlar. Necə deyərlər, gözdən və qulaqdan uzaqda...
Bir yaşlı, qoca, amma gözləri civil-civil civildəyən əmmaməli molla...
Gələk əsas məsələyə. Sən demə, İran adlanan yerin mövcud idarəçilik quruluşunun əslində fahişəliyi legitimləşdirən daha bir əməli uzun illərdir ki, tətbiq edilməkdədir. Bunun adına isə “siğə” deyilir. Məsələn, bir yaşlı, qoca, amma gözləri civil-civil civildəyən əmmaməli molla yolda getdiyi yerdə çox güclü ehtirasa gəlir və qarşısından keçən qadınlara “xor gözlə” baxmamaq üçün özünü verir siğəxanaya. Orada bəyəndiyi hər hansı qadını mənimsəmək məqsədi ilə siəğxananın qazısına atüstü bir siğə yazdırır və keçir “iş başına...”. Qoca molla bir neçə tümən ödəməklə çöldə-bayırda başqalarının xanımlarına “xor gözlə” baxmaması üçün 15 dəqiqəlik siğə vasitəsi ilə öldürür öz ehtirasını və beləliklə, “günahdan”-zaddan da uzaq qalır. Təzədən əmmaməsini qoyur başına, əbasını geyinir və əsasını da alır əlinə, çıxır-gedir insanlara ağıl qoymağa... Deyilənə görə bu cür “günahdan uzaq dayanma” mərasimlərini “mollaların dovşan siğəsi” də adlandırırlar. Başqa necə adlandırsınlar axı? Vur-tut 15-cə dəqiqə və şüttəmam...
Nə deyəsən mollalara komfortlu həyat düzənləyən belə “hökumətə” ki..?
İndi gəl belə bir siğəxanaları olan bir məmləkətin digər özünüsübut cəhdlərinə inan. İnan ki, belə mollalar aydan-arı, sudan da durudurlar. Bədbəxt kasıb bir tikə çörəyinin dalınca qaçır, əli çörəyə çatmayanda etiraz edir, onu sərbazların qamçısı altında döydürən molla "əmilər" də siğə dalınca şütüyürlər. Nə deyəsən mollalara komfortlu həyat düzənləyən belə “hökumətə” ki..?
Allah səbr versin bu ölkədə yaşayan və axır ki, səbri daşan, haqq-ədalət tələb edən insanlara. Bir az da qayət etsələr ən azından, “dovşan siğəsi” edən molla rejimindən canları xilas olacaq...
Rövşən
P.S. Son günlər İran adlanan məmləkət şəhərlərindəki etirazçılar arasında yeni bir trend yaşanmaqdadır. Onlar əmmamə daşımağa layiq olmayan mollaların başlarındakı əmmamələrini vurub-yerə salırlar. Bununla demək istəyirlər ki, müsəlmanlar üçün müqəddəs sayılan əmmamə onların başları üçün yad bir cisimdir. Yaxud, əmmamə paklığı “15 dəqiqəlik siğə mollalarının” başları ilə kirlədilməməlidir...
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB