Anbu kəndində şəhid-gizir Tural Əhmədovun anım mərasimi keçirilib FOTOLAR
Lerik rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, Ərazi Partiya Təşkilatının fəalları, kənd sakinləri və şəhidin ailə üzvləri şəhidin məzarı önünə gül çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidi kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlununda məzarı ziyarət olunaraq əziz xatirəsi ehtiramla yad edilib. 2021-ci ilin noyabr ayının 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" əlahiddə sərhəd diviziyasının xidməti ərazisində keçirilən səhra təlimləri zamanı AQS-17 silahından atəş açarkən bədbəxt hadisə nəticəsində qəlpə yarası alaraq şəhidlik zirvəsinə ucalıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB