"8 noyabr Zəfər, 9 noyabr Dövlət Bayrağı günləri biri-birini tamamladı" - DEPUTAT DANIŞDI
“9 noyabr Dövlət Bayrağı Günü bayramlarımız içərisində özünəməxsus yer tutur. Bayraq dövlət və millətimizin rəmzidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı bildirib.

Onun sözlərinə görə, 1918-ci il noyabrın 9-da qəbul edilən üçrəngli bayrağımız, 1920-ci ilin aprelində bolşevik işğalından sonra endirildi: “İlk dəfə 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikası parlamentinin sessiyasında rəsmi şəkildə qəbul edildi. Bundan sonra üçrəngli, dövlət bayrağımız Bakıda Azərbaycan parlamenti tərəfindən qəbul olundu. 9 noyabr ərəfəsində- noyabrın 8-də Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ordumuzun Şuşanı azad etməsi bu bayrama daha bir sevinc əlavə etdi.
Bayrağımız milli-mənəvi ruhumuzun şəhəri olan Şuşada dalğalandı. 8 noyabr Zəfər, 9 noyabr Dövlət Bayrağı günləri biri-birini tamamladı”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB