Yasamalda şəhid İlqar Ramazanlının ailəsi ziyarət olunub

Yasamalda şəhid İlqar Ramazanlının ailəsi ziyarət olunub

8 Noyabr-Zəfər Günü və Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə Yeni YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkialtının əməkdaşları, B.Bağırova küç.17(F.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkialtının sədri, institutun direktoru Allahverdi Musayev və institutun əməkdaşı tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi Ramazanlı İlqar Etibar oğlunun ailəsi ziyarət olunub. Təşkilat nümayəndələri şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb.YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib, uzun illərdir mənfur düşmənimiz olan erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması üçün şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında sentyabrın 27-də Vətən müharibəsinə başladı. 44 gün davam edən haqq savaşımızda şanlı ordumuzun hər gün əldə etdiyi nailiyyətlər, qazandığı qələbələr xalqımızın iftixar və qürur mənbəyinə çevrildi. "Qarabağ Azərbaycandır!"-deyərək başladığımız Vətən müharibəsi, İkinci Qarabağ savaşı zamanı Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, bütün dünyaya öz gücünü və sarsılmaz iradəsini nümayiş etdirdi. Bu birlik, həmrəylik, Ali Baş Komandanın iradəsi, qətiyyəti, ordumuzun gücü, qüdrəti sayəsində Azərbaycan 44 günlük Vətən müharibəsində böyük tarixi Qələbə qazandı. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, şəhid Ramazanlı İlqar Etibar oğlu ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Nəzakət Ələdddinqızı

Bütün xəbərlər Facebook səhifəmizdə