“Qələbəmizin əsas memarı - Ali Baş Komandan İlham Əliyev” - AÇIQLAMA

“Qələbəmizin əsas memarı - Ali Baş Komandan İlham Əliyev” - AÇIQLAMA

“8 noyabr gününü xalqımız sözlə ifadə edilməsi mümkün olmayan misilsiz qələbə sevinci, yüksək fəxarət duyğuları, hədsiz fərəh, qürur hissləri ilə yaşayır”. Bunu “Səs” qəzetinə açıqlamasında “Həftə İçi” qəzetinin baş redaktoru Sevinc Seyidova deyib.

Onun sözlərinə görə, 30 illik işğala son qoyan tarixi Qələbəmizin əsas memarı heç şübhəsiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir: “Onun rəhbərliyi ilə uzun illər aparılan islahatlar nəticəsində formalaşmış peşəkar ordumuz, Vətəninə, dövlətinə bağlılığı ilə Ali Baş Komandanın bir əmri ilə könülü olaraq cəbhəyə yollanan minlərlə Azərbaycan gənci, xalqının öz Liderinə olan dərin sevgisi və sarsılmaz inamı idi: “30 illik işğal dövründə sadəcə kağız parçasına çevrilmiş BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsini Azərbaycan özü icra etdi. Məhz Müzəffər Ali Baş Komandanın Dəmir yumruğu, ordumuzun gücü, əsgərlərimizin rəşadəti, vətən – torpaq sevgisi, xalqımızın bir yumruq kimi birləşməsi parlaq qələbənin əldə olunmasının əsasını təşkil etdi. Vətən Müharibəsi başlayan gündən tarixi Zəfər əldə olunan son dəqiqəyə qədər Azərbaycan xalqı öz Prezidentinin, Ordusunun ətrafında dəmir yumruq kimi birləşdi. Nəticədə alınmaz qala hesab edilən Şuşamızın ordumuzun qanı, canı hesabına mükəmməl hazırlanan hərbi əməliyyatla azad olunması Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi”.

S.Seyidova onu da bildirib ki, Azərbaycan Beynəlxalq Birliyin 30 ilə görmədiyi işi 44 günə gördü: “Vətən müharibəsi ilə qazanılan tarixi zəfərin ölkəyə verdiyi əhəmiyyəti Azərbaycan xalqı heç vaxt unutmayacaq. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi... Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Qələbədən sonra Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir. 30 illik işğal dövründə xarabalığa çevrilən, hər şeyin dağıdıldığı, talan edildiyi Azərbaycanın qədim torpaqlarına yeni nəfəs verilir. Dövlətimiz yalnız özünün iqtisadi gücü, imkanları ilə bu ərazilərin abadlaşdırılması, tezliklə keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıdışını təmin etmək üçün gecə-gündüz çalışır. Artıq çox qısa zaman ərzində Füzulidə, Zəngilanda beynəlxalq hava limanları inşa edilərək istifadəyə verilib. Zəngilanın Ağalı kəndində ən müasir standartlara uyğun ağıllı kənd konsepsiyası əsasında yaşayış məntəqəsi tikilərək oraya ilk köç reallaşıb. İşğaldan azad edilmiş bütün şəhərlərimizin baş planları təsdiqlənib. Ağdam, Şuşa böyük tikinti meydançasını xatırladır. Bu qədim yurdlarımıza Azərbaycan ab-havası yenidən qayıdır. Aparılan bütün bərpa-quruculuq işləri Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. Məqsəd ən qısa zaman kəsiyində yüksək keyfiyyətli nəticələr əldə etməklə 30 ildən artıq yurd həsrəti çəkən vətəndaşlarımızın iki il əvvəl yaşadıqları Qələbə sevincini öz evinə qayıtmaq duyğuları ilə birləşdirməkdir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə