8 Noyabr-Zəfər Günü və Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyi münasibəti ilə əlaqədar olaraq YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkialtının əməkdaşları, B.Bağırova küç.17 (F.Fərəcov adına Elmi-Tədqiqat Pediatriya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkialtının sədri, institutun direktoru Allahverdi Musayev və institutun əməkdaşı tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi Tağıyev Hüseyn Oktay oğlunun ailəsi ziyarət olunub. Təşkilat nümayəndələri şəhid ailəsinin qayğı və problemləri ilə maraqlanıb.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, bu gün fəxrlə söylədiyimiz həmin şanlı Qələbəni Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun, əsgər və zabitlərimizin yüksək peşəkarlığı sayəsində əldə etdik. Bizlər də vətəndaş olaraq, torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri ilə fəxr edir, qürur duyuruq. Bir ömür boyu onlara borclu və minnətdar olmalıyıq. Ən böyük amalımız, işimiz, vəzifəmiz şəhidlərimizi, qazilərimizi tanımaq və tanıtmaqdır.Şəhidin ailə üzvləri göstərilən diqqətə və qayğıya görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən, şəhid Tağıyev Hüseyn Oktay oğlu ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Nəzakət Ələddinqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB