Azərbaycan və Ermənistan münasibətlərinin həlli çözülməkdədir

Azərbaycan və Ermənistan münasibətlərinin həlli çözülməkdədir

30-ilə yaxın bir müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyünə məxsus olan bir neçə rayon Ermənistan tərəfindən işğala məruz qalmışdır. Bu müddət ərzində Azərbaycan tərəfi maddi, eyni zamanda, mənəvi ziyan çəkmiş olsa da, bu azmış kimi bir milyon Azərbaycan vətəndaşı qaçqın və köçkün həyatını yaşamağa məcbur qaldılar. Bu vəziyyət uzun sürə bilməzdi! Nəhayət ki, 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Nizami Ordusu "Dəmir Yumruq" ətrafında sıx birləşərək, düşmənə öz sarsılmaz gücünü göstərmiş oldu. 44 gün davam edən müharibənin hər bir günündə Cənab Ali Baş Komandan efir vasitəsi ilə xalqımıza qazanılmış Zəfər qalibiyyətini bölüşürək, daha da irəliyə doğru sıçrayışımızı bildirirdi. Sonu qələbəmizlə bitən İkinci Qarabağ savaşından artıq iki il müddət keçməkdədir. Qeyd olunan dövr ərzində erməni tərəfdən sağ qala bilmiş silahlı birləşmələr ara-sıra təxribatlar törətmək istəsələr də, Azərbaycan Silahlı Qüvvələri tərəfindən dərhal adekvat şəkildə cavablandırılmışdır.

Bu təxribatların ən iri həcmlisi isə sentyabr ayının 13-də Azərbaycanın sərhədboyu ərazisində törədilərək, bir daha ermənilərin vandalizm xislətinə malik olduqlarını əyani sübut etmiş oldu. Səbr kasası daşmış Silahlı Qüvvələrimiz qarşı tərəfə mütləq və qətiyyətli şəkildə adekvat cavabını verərək, Ermənistanı geri oturtmuş və onlara yerlərini göstərmişdir. Bununla da Ermənistan silahlı birləşmələri kimin hansı gücə sahib olduğunun bir daha şahidi olmuşdurlar.

Paşinyan və onun yürütdüyü siyasət bu gün beynəlxalq sferada dalana sıxışıbdır. Ermənistanın məhv olmuş hərbi-siyasi rəhbərliyi artıq çıxılmaz vəziyyətdə olduğu 31 oktyabr tarixli Soçidə üçtərəfli görüş zamanı aydın şəkildə ifadə olunurdu. Soçi görüşünün əsas məğzi ondan ibarət idi ki, Qarabağ münaqişəsi artıq tarixə qovuşubdur. İrəliyə baxaraq, Azərbaycan və Ermənistan arasında sülh prosesinin tezləşdirilməsi, həmçinin sərhədlərin delimitasiya və demarkasiyasını yekunlaşdırmaqdır. Əks təqdirdə regionda, əsasən də Cənubi Qafqazda sülhün bərqərar olunması təmin olunmayacaqdır. Azərbaycan qalib tərəf olsa da, Ermənistana beş prinsipə əsaslanan sülh əlini uzatmışdır. Ermənistanın üzərinə düşən təkcə bu səmimiyyətə və humanistliyə qarşılıq verməkdir.

BEHBUD QULUZADƏ,

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə