YAP Yasamal rayon təşkilatı “8 Noyabr-Zəfər Günü” adlı tədbir keçirib - FOTOLAR

YAP Yasamal rayon təşkilatı “8 Noyabr-Zəfər Günü” adlı tədbir keçirib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının “A.Abbaszadə küç.1128 döngə, 504-cü məhəllə” (AMEA Zoologiya İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatında “8 Noyabr-Zəfər Günü” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, AMEA Zoologiya İnstitutunun icraçı direktoru Ələddin Eyvazov, “A.Abbaszadə küç.1128 döngə, 504-cü məhəllə” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hafiz Muxtarov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi üzrə partiyanın üzvləri və qazilər iştirak edib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“8 Noyabr-Zəfər Günü” ilə əlaqədar olaraq video çarx nümayiş olunub.

İştirakçıları salamlayaraq tədbiri açıq elan edən AMEA Zoologiya İnstitutunun icraçı direktoru Ələddin Eyvazov tədbirin baş tutmasının səbəbinin qarşıdan gələn 8 Noyabr-Zəfər Günü ilə bağlı olduğunu qeyd etdi. Qeyd olundu ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Çıxış edən Yap Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazmışlar. Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş bu möhtəşəm Zəfərin tarixi əhəmiyyəti bir əsrin hüdudlarına sığmır. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilmişdir. Ölkəmizin işğal altında olan ərazisinin böyük bir hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut və Suqovuşan qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edilmişdir. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün olmuşdur. Azərbaycan Silahlı Qüvvələri qarşısında duruş gətirə bilməyəcəyini, məhvə məhkum olduğunu anlayan Ermənistan məğlubiyyətini etiraf etmişdir. Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi hərbi Zəfər siyasi müstəvidə qazanılan qələbə ilə tamamlanmışdır. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanat 30 ildən artıq davam edən münaqişəyə son qoymuşdur. Bəyanata əsasən bir güllə belə atılmadan doğma torpaqlarımız olan Kəlbəcər, Ağdam və Laçın rayonları düşmən tapdağından azad olunmuşdur. B.Nəbiyev çıxışının sonunda qarşıdan gələn 8 Noyabr-Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi.

Çıxış edən “A.Abbaszadə küç.1128 döngə, 504-cü məhəllə” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hafiz Muxtarov qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində qələbəsi şərəfinə təsis edilmiş Zəfər Günü bu il noyabrın 8-də ikinci dəfə qeyd ediləcəkdir. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə, son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə sarsıdıcı zərbə endirilmiş və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edilmişdir.
Çıxış edən 44 günlük Vətən müharibəsi qaziləri bildirdilər ki, 8 Noyabr Zəfəri müzəffər Ali Baş Komandan İlham Əliyevin yenilməz iradəsinin və böyük sərkərdəlik məharətinin, Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzminin, rəşadətinin, yüksək hərbi-texniki, mənəvi-psixoloji hazırlığının və peşəkarlığının təntənəsi olmuşdur. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi xalqımızı uzun illər davam edən məğlubiyyət acısından qurtarmış və onu qalib xalqa çevirmişdir.

Sonda tədbirdə iştirak edən qazilərə 8 Noyabr-Zəfər Günü münasibəti ilə müxtəlif hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə