Vətən müharibəsi şəhidi Talıbov Elnur Gəgiş oğlunun anım mərasimi keçirilib. Lerik rayon İcra Hakimiyyətinin birinci müavini Cəlil Baxşıyev, YAP Lerik Rayon Təşkilatının sədri Malik Mirzəyev, Səfərbəylik və Hərbi Xitmətə Çağırış üzrə Dövlət Xitmətinin Lerik rayon şöbəsinin rəisi Arif Həsənov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, kənd sakinləri və şəhidin ailə üzvləri şəhidin məzarı önünə gül çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər.
Xatırladaq ki, şəhid Talıbov Elnur 1996-cı il dekabrın 26-sı Lerikdə rayonunda anadan olub.1998-ci ildə valideynləri ilə birgə Lənkəran şəhərinə köçüblər. 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Aprel döyüşlərində iştirak etmiş və göstərdiyi şücaətə görə fəxri fərman və təşəkkürnamə ilə təltif olunmuşdur. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Füzuli və Xocavənd döyüşlərində iştirak etmişdir. Oktyabr ayının 5-də Xocavənd istiqamətində gedən şiddətli döyüşlərdə qəhramancasına şəhid olur. 2020-ci il noyabrın 1-i Lənkəran şəhərində dəfn olunmuşdur.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı Sərəncamlara əsasən Talıbov Elnur ölümündən sonra "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" , "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Bütün xəbərlər Facebook səhifəmizdə