RSK-nın komandanı Volkov Qarabağda özbaşınalıq edir (?!) MÜMKÜN İDDİA
Xankəndidəki separatçı mitinqinin əsas təşkilatçılarından birinin cinayətkar rejimin quldurları ilə yanaşı məhz rusiyalı general-mayorun da olduğu bildirilir
“Ötən gün (Oktyabrın 30-da-R.R.) Xankəndində - Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında könüllü-məcburi əsaslarla 15 minə qədər insanın iştirak etdiyi aqoniyalaşmış separatçılara dəstək aksiyası keçirilib”. SİA xəbər verir ki, bu barədə Caliber.az rusdilli saytı yazır.

Adıçəkilən informasiya resursu qeyd edir ki, məhz Ermənistan KİV-lərində dərc olunan məlumatlara görə, mitinq Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin (RSK) komandanı, general-mayor Andrey Volkovun təşəbbüsü ilə keçirilib. “Onun sözlərinə görə, Ermənistan nizamlanmanın Rusiya variantından imtina edərsə, sülhməramlı missiya Qarabağı tərk edəcək. "
Daha bir iddia: “Laçın yolunda dayanan sülhməramlılar dünənki mitinqdə iştirak etmək üçün Qarabağa gedən avtomobil karvanını rahatlıqla öz məsuliyyət zonasına buraxırlar”
Saytın analitik qeydinə görə, bu məlumat da müəyyən məntiqdən xaric deyil, yəni həqiqətəuyğundur. Bildirilir ki, rusiyalı sülhməramlılar Ermənistandan gələn avtomobilləri Laçın yolu vasitəsi ilə Xankəndinə buraxıblar, özü də ciddi yoxlanışlar aparılmadan. “Laçın yolunda dayanan sülhməramlılar dünənki mitinqdə iştirak etmək üçün Qarabağa gedən avtomobil karvanını rahatlıqla öz məsuliyyət zonasına buraxırlar”, deyə xüsusilə bildirilir.

RSK hazırkı dövrə qədər üzərinə düşən məsuliyyəti nəinki həyata keçirib, eləcə də dəfələrlə Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyəti ilə nəzərə çarpıb!
Bu isə sübut edir ki, sözügedən iddialar reallıqda mümkün sayıla bilər. Belə ki, RSK hazırkı dövrə qədər üzərinə düşən məsuliyyəti nəinki həyata keçirib, eləcə də dəfələrlə Azərbaycanın suveren ərazilərində qeyri-qanuni fəaliyyəti ilə nəzərə çarpıb. Təkcə ərazilərimizdə ağır texnikaların və artilleriya vasitələrinin sözdə təlimlər adı altında istifadəsi, separatçılara və Ermənistan silahlı qüvvələrinə məxsus silahlı dəstələrin istehkam və səngərlər qazmalarına, növbəti terror cəhdlərini hazırlamalarına şəraitin yaradılması və s. bütün bunlar ayrı-ayrılıqda qeydə alınıb!
.jpg)
Söz yox ki, bu fakt tam olaraq sübuta yetirilərsə RSK-nın Azərbaycan ərazisində qalıb-qalmaması məsələsi də gündəmə çıxarıla bilər. Belə ki, təkcə bu faktın özü hər şeyi açığa çıxarır və pərdəarxası oynanılan kartları da ortaya qoymuş olur.
.jpg)
Nəticə kimi qeyd etmək olar ki, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda Rusiya ilə Qərbin siyasi toqquşma mərkəzinə çevrilmək cəhdlərinə əl atılır və bu xüsusda daha bir məqam budur ki, həmin cəhdlərdə məhz separatçılarla yanaşı, üzərlərinə sülhməramlılıq missiyası düşən RSK rəhbərliyi də rol almağa başlayıb. Bu məlumatın həqiqətə uyğun olacağı halda isə müvafiq strukturlarımızın dərhal hərəkətə keçəcəyi gözlənilir. Daha dəqiq desək, Azərbaycanın əraziləri əsla və heç vaxt digər qütblərin maraq nöqtələrinin birbaşa toqquşma mərkəzinə çevrilə bilməz və buna əsla yol verilməyəcək.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB