Azərbaycanla Gürcüstan strateji tərəfdaşdır ŞƏRH

Azərbaycanla Gürcüstan strateji tərəfdaşdır ŞƏRH

Oktyabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dost Gürcüstanda işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində cənab Prezident Muxrani sarayında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşmüş, sonra həmin sarayda Gürcü xalqının milli adəd və ənənələrini özündə əks etdirən milli musiqi və rəqslərdən ibarət olan mədəni proqrama baxmış, Gürcü kulinariyası, eyni zamanda "Qarabağ xanlığının iris" sərgisi ilə tanış olmuş, Professor Eldar Nadiradzenin həmmüəllifliyi ilə yazılmış "Qarabağ xanlığı. Tarixi və mədəni kimlik" adlı kitabla tanış olmuşdur. Kitabda XIX əsrdə çar Rusiyasının Qarabağda həyata keçirdiyi hərbi və elmi ekspedisiyaları zamanı toplanan və hazırda Gürcüstan Milli Muzeyinin fondlarında saxlanılan, Qarabağ xanlığına aid olan 300-dən çox rəsm yer alıb. Mədəni proqramla və sərgi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və Baş Nazir İrakli Qaribaşvili mətbuat konfransı keçirmişlər. Mətbuat konfranslnda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili qonağı salamlayaraq vurğulayıb ki, iki qardaş ölkə arasında olan səmimi qonşuluq münasibətləri və strateji tərəfdaşlığın kökləri tarixə söykənir. Baş nazir həmçinin qeyd edib ki, Azərbaycanla Gürcüstanın bu qədər yaxın olmasında Sizin töhfəniz çox böyükdür.Baş nazir həmçinin, Azərbaycan və Ermənistan arasında olan münaqişədən qonşu ölkə kimi narahat olduğunu, bölgədə sülhün bərqərar olması üçün əllərindən gələni əsirgəməyəcəyini diqqətə çatdırdı. Ölkəmiz Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. Biz artıq reallaşdırdığımız mühüm layihələri nəzərdən keçirdik. Bunlar tarixi layihələrdir- Bakı-Tbilisi-Ceyhan neft, Bakı -Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi -Qars dəmir yolu və Orta dəhliz. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik.

İrakli Qaribaşvili çıxışının sonunda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevə olan ehtiramını ifadə edərək onun vaxtilə Azərbaycan və Gürcüstan münasibətlərinə aid kəlamını xatırlatmışdır. "Azərbaycan və gürcü xalqları xoşbəxtdir ki, onlar qonşu xalqlardır".Mətbuat konfransında Azərbaycan Prezidenti çıxış edərək Gürcüstana səfərə dəvət edilməsinə görə Baş nazir İrakli Qaribaşviliyə minnətdarlığını bildirmiş, əsrlər boyu xalqlarımızın dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşadığını, Dövlətlərarası əlaqələrin möhkəm təməl üzərində qurulduğunu qeyd etmişdir. Bizim birgə həyata keçirdiyimiz bir sıra layihələr var ki, onlar təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Gürcüstan və Azərbaycan bütün beynəlxalq səviyyəli tədbirlərdə bir-birini qarşılıqlı olaraq dəstəkləyir. İnanırıq ki, bundan sonra da iki qardaş ölkənin münasibətləri daha yüksək səviyyəyə qalxacaqdır.Cənubi Qafqaz bölgəsində cərəyan edən siyasi proseslər fonunda cənab Prezidentin dost Gürcüstana səfəri bir çox mətləblərə aydınlıq gətirmək nöqteyi-nəzərində çox önəmli bir səfər oldu.

Nazim Bünyatov,

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Bütün xəbərlər Facebook səhifəmizdə