“Gözlənilən Soçi görüşünün əhəmiyyətli olacağını düşünürəm“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Gözlənilən Soçi görüşünün əhəmiyyətli olacağını düşünürəm“ - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“31 oktyabrda Prezident İlham Əliyevin Soçiyə səfəri və bu səfər çərçivəsində üçtərərfli görüş keçiriləcəyi gözlənilir. Hesab edirəm ki, Ermənistanla sülh müqaviləsi imzalamaq üçün görüşlər çox keçirilməli və məsələlərin həll edilməsi üçün müəyyən razılaşmalar müzakirə olunmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, bu baxımdan gözlənilən Soçi görüşünün də əhəmiyyətli olacağını düşünürəm: “Ermənistanla sülh müqaviləsinin imzalanması heç də asan məsələ deyil. Ona görə ki, Ermənistanın baş naziri Paşinyan hansı istiqamətdə getməli olduğunu heç özü də bilmir. Brüsselə gedəndə orada razılığını bildirir, Rusiyaya gedəndə orada da “hə” deyir. Amma ortada heç nə olmur”.

Deputat sözlərinə belə davam edib: “Yaxşı olardı ki, Paşinyan özündə cəsarət tapıb kənardan deyilənləri eşitmədən birbaşa Azərbaycanla razılaşsın və ölkələrimiz arasında sülh müqaviləsinin imzalanması, prosedurlara başlanması üçün öz komandasına tapşırıq versin. Əgər belə olmazsa, Ermənistanla sülh əldə etmək və regionda təhlükəsizliyin yarandığını demək çox çətin məsələ olacaq”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə