Yasamalda şəhid ailəsi ziyarət olunub FOTOLAR

Yasamalda şəhid ailəsi ziyarət olunub FOTOLAR

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, YAP Yasamal rayon təşkilatının əməkdaşları və Moskva pr.67 (AzərSu ASC) ünvanı üzrə ərazi partiya təşkialtının sədri Günay Məmmədli tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi Məhərrəmov İsa Məhərrəm oğlunun ailəsi ziyarət olunub.YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev 44 günlük Vətən müharibəsində Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə minlərlə gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu söyləyib. Dövlətimiz və xalqımız tərəfindən hər zaman şəhidlərin əziz xatirəsinin uca tutulması və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunması qeyd edilib.Şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə, Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra Məhərrəmov İsa Məhərrəm oğlu "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Nəzakət ƏLƏDDİNQIZI

---

Bütün xəbərlər Facebook səhifəmizdə