Audiovizual media üzrə tənzimləyici orqanların 1-ci toplantısı keçirilir - YENİLƏNİR - FOTOLAR

Bu gün "Fairmont" oteldə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin Audiovizual media üzrə tənzimləyici orqanlarının 1-ci toplantısı keçirilir. SİA xəbər verir ki, toplantı Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən təşkil olunub. Toplantıda TDT-nın Baş katibinin müavini Ömər Kocaman, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rəqəmli media ilə iş sektorunun müdiri cənab Elmir Vəlizadə, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru cənab Əhməd İsmayıl iştirak edir.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə