"İranın nümayiş etdirdiyi münasibət olduqca reallığı əks etdirməyən mövqeyidir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"İranın nümayiş etdirdiyi münasibət olduqca reallığı əks etdirməyən mövqeyidir" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

"Son 2 il ərzində İranın nümayiş etdirdiyi münasibət olduqca reallığı əks etdirməyən, antiazərbaycan mövqeyidir. Narahat edici məqam odur ki, nümayiş etdirilən bu mövqeninin arxasında hər hansı bir səbəb yoxdur." Bu fikirləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.

Onun sözlərinə görə, İran tərəfi bu münasibəti əsaslandıra bilmir: "Yanlız sionizm və s. məsələrlə ortaya çıxaraq fikirlərini səsləndirirlər. Başqa heç bir məsələ ortaya qoymur. Hesab edirəm ki, İranın bu addımı və İran-Azərbaycan sərhəddində başlatdığı təlimlər regionda sülhün bərqərar olunmasına mənfi təsir göstərir. Sanki İran Ermənistanı dəstəkləyən tərəf olaraq özünü təqdim edərək münaqişənin həll olunmasında maraqlı olmadığını göstərməyə çalışır. Bu da bir müsəlman ölkəsinə, qonşu ölkəyə, ortaq mədəniyyətə və tarixə sahib olan ölkəyə yaraşmayan bir hərəkətdir. Hesab edirəm ki, İran Azərbaycanla münasibətlərinə yenidən baxmalıdır və Azərbaycanın haqlı davasında onu dəstəkləməlidir. Qonşu ölkə ki, işğala məruz qalan ölkə ki, müsəlman ölkə kimi bunu etməlidir. çox təəssüf ki, biz bunu görə bilmirik. Azərbaycan öz mövqeyini qəti şəkildə ortaya qoyub və müdafiə edir. İranın hansı mövqe nümayiş etdirməsinə baxmayaraq Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olunması üçün lazımi addımları atacaq".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə