Bu gün Azərbaycanın Cənubi Qafqazda möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr qurduğu ölkə Gürcüstandır. Müdrik gürcü və Azərbaycan xalqları arasında dostluq əlaqələrinin çox dərin tarixi kökləri var, indiyə qədər bu xalqları qarşı-qarşıya qoymaq, ədavətə sövq etmək kimsəyə müyəssər olmayıb. Münasibətlərimizin tarixi təcrübəsi göstərir ki, bizim talelərimiz də xeyli dərəcədə oxşar və bir-birinə bağlıdır. Bu tarixi təcrübə bizi qarşı duran tərəflər deyil, tərəfdaş olmağı, müstəqilliyimizi birlikdə qorumağı, sivil dünyaya birlikdə inteqrasiya etməyi öyrədir.
Azərbaycanla Gürcüstanı dostluq, tərəfdaşlıq ,mehriban qonşuluq birləşdirir. Bu iki dövlət arasındakı münasibətləri belə səciyyələndirmək olar. Ölkələrimiz 1996-cı ildə və 2004 – cü ildə imzalanmış mühüm, olduqca əhəmiyyətli sənədlərlə strateji əməşdaşlığı və iş birliyini bu günə qədər davam etdirir. Azərbaycan və Gürcüstan regionda iri, nəhəng enerji və nəqliyyat layihələrini həyata keçirməkdə əməkdaşlıq edirlər. Bu Bakı – Tbilisi - Ceyhan ixrac neft kəmərləridir. Eləcə də regionun nəhəng nəqliyyat layihələrindən olan Bakı- Tbilisi - Qars dəmiryolu layihəsidir ki, bu da Asiya və Avropanı birləşdirən çox mühüm bir yoldur.
Ətrafımızda son illərdə baş verən hadisələr fonunda təbii ki, Bakı ilə Tbilisi mövqelərini dəqiqləşdirmək üçün müntəzəm görüşlər keçirilir. Azərbaycan və Gürcüstan əməkdaşlığını müxtəlif sahələrdə - siyasi, iqtisadi, enerji, nəqliyyat, loqistik o cümlədən humanitar sahədə daha da genişləndirilməsi və dərinləşdirilməsi sahəsində görüləcək işləri nəzərdən keçirmək üçün bu görüşlər çox böyük əhəmiyyət kəsb edir. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana növbəti səfəri də bu əlaqələrin yeni üfüqlərini müəyyən etmək üçün baş tutdu.
Zəngin tarixi əlaqələri olan Azərbaycan ilə Gürcüstanın diplomatik münasibətlərinin 30 ili tamam olur. Bu illər ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulan əməkdaşlıq xalqlarımız və ölkələrimizlə yanaşı bütünlükdə regiona, o cümlədən, Avropaya böyük fayda gətirir.
Ölkəmiz hər zaman Gürcüstanda inkişafın, rifahın, sabitliyin tərəfdarı olmuşdur. Bu il Gürcüstanla Azərbaycan arasında yükdaşımaların həcmi 75% artıb. Ölkələrimiz Bakı – Tiblisi - Qars dəmiryolunun ötürmə qabliyyətini 5 milyon tona çatdırmaq yolunda addımlar atır. Cari ilin 9 ayında iki ölkənin ticarət dövrüyəsi 1 milyard dollara yaxınlaşıb. Eyni zamanda, Azərbaycan qonşu Gürcüstanın iqtisadiyyatına 3 milyar dollar sərmayə yatırıb.
Gürcüstan və Azərbaycan dünyada sülh və sabitliyi dəstəkləyən ölkələrdir. Bölgədə davamlı sülhün və təhlükəsizliyin təmini , mehriban qonşuluq əlaqələrinin inkişafı üçün lazımlı addımlar atan hər iki ölkə bu istiqamətdə səylərini əsirgəmirlər. Qardaş və dost ölkənin ərazi bütövlüyünə, baş verən siyasi proseslərə dövlətimiz tərəfindən bu gün də hörmətlə yanaşılır.
Ləman Məmmədli
Xəzər rayonu, 230 №li tam orta məktəbin müəllimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB