Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı ŞƏRH
2020-ci ilin iyul ayında Ermənistanın Tovuz rayonu ilə sərhəddə törətdikləri təxribatlar onların danışıqlar yolu ilə Qarabağ probleminin həllindən imtina etdiklərinin aşkar şəkildə nümaişi idi və eyni zamanda işğal prosesini davam etdirdməkdə israrlı olduqlarının, yeni əraziləri öz nəzarətlərinə götürəcəklərinə əmin olduqlarının göstəricisi idi. Digər tərəfdən Azərbaycana qarşı düşmən mövqedə dayanan güc mərkəzlərinin də həlledici rol oynadıqları haqqında məlumat Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Tovuz olayları barədə söylədiklərindən bəlli olurdu. Cənab R.T. Ərdoğan Tovuz olaylarından dərhal sonra demişdir: “Tovuz olayları Ermənistanın çapını aşan məsələdir”. Yəni Tovuz hadisələrinin arxasında daha böyük güclər dayanır. Hadisənin baş verdiyi ərazinin Qarabağdan tamamilə kənarda, Azərbaycanı Qərblə bağlayan, kommunikasiya xətlərinin keçdiyi Tovuz bölgəsində baş verməsi cənab R.T. Ərdoğanın haqlı olduğunu təsdiq edir.
Ermənistan Tovuz olaylarından sonra 2020-ci ilin avqustunda Azərbaycana diversant göndərdi. Daha sonra Tərtər bölgəsində təxribatları intensivləşdirdi. Yuxarıda qeyd olunanları nəzərə alan cənab Prezident İlham Əliyev Silahlı Qüvvələrin Ali Baş komandanı olaraq Orduya hücum əmrini verdi. Cənab Prezident İlham Əliyevin yaratdığı qüdrətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi Döyüş Planına uyğun, xalqımızın dəstəyi ilə irimiqyaslı döyüş əməliyyatlarına başladı və ilk andan ermənilərin mifləşdirdiyi “keçilməz Ohan xətt” adlandırdığı müdafiə xəttini yararaq erməni silahlı birləşmələrinə ağaır zərbələr vurmaqla işğal altında olan ərazilərimizi bir-birinin ardınca azad etməyə başladı.
Cənab Prezident İlham Əliyev Ali Baş Komandan olaraq “Döyüş Planı” nı təsdiq etməklə yanaşı, bütün əməliyyatlara şəxsən rəhbərliyi özü həyata keçirdi və eyni zamanda işğaldan azad edilən yaşayış məntəqələrinin müjdəsini özü verməklə, sevincini xalqımızla paylaşdı. Qərəzli şəkildə Azərbaycana göndərilmiş dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələrini susdurmaqla ölkəmizə qarşı qarayaxma kampaniyalarının qarşısını cənab Prezidentimiz özünün dərin zəkası, dəmir iradəsi ilə aldı. Demək olar ki, cənab Prezidentimiz hər iki cəbhədə qətiyyətlə vuruşdu və xalqımıza bu möhtəşəm qələbə sevincini yaşatdı.
Qubadlının işğaldan azad edilməsinə qədər artıq müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında Şanlı Azərbaycan Ordusu bir gün belə hücum əməliyyatlarını dayandırmadan Hadrut qəsəbəsinivə ətraf yaşayış məntəqələrini, Cəbrayıl, Füzuli, Zəngilan rayonlarının ərazilərini işğaldan azad etmişdir. Qubadlının işğaldan azad edilməsi döyüş əməliyyatları prosesində olduqca mühüm hadisə, erməni silahlı birləşmələrinə isə sarsıdıcı zərbə oldu. Beləliklə Ordumuzun Laçın istiqamətində irəliləməsi üçün əlverişli şərait yaratmaqla Ermənistandan Qarabağa gedən yol Ordumuzun nəzarətinə götürüldü. Bundan daha da ruhlanan Silahlı Qüvvələrimiz Azərbaycanın qeyrət qalası Şuşanın fəthinə daha inamla irəlilədi. Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyir, Allahdan onlara rəhmət diləyir, məkanları cənnət, məqamları uca olsun diləyirəm. Allah bütün qazilərimizə şəfa versin, tezliklə sağlamlıqlarına qovuşsunlar.
Qarabağ Azərbaycandır!
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB