Lerikdə şəhid-leytenat Vüsal Məlikovun məzarı ziyarət olunub FOTOLAR

Lerikdə şəhid-leytenat Vüsal Məlikovun məzarı ziyarət olunub FOTOLAR

Bu gün Lerik rayonun Almu kəndində şəhid leytenat Məlikov Vüsal Bəxtiyar oğlunun 40 mərasimi keçirilib.Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad ediblər. Eyni zamanda, şəhid Tahirli Natiq Namiq oğlununda məzarı ziyarət olunub. Qeyd edək ki, şəhid Məlikov Vüsal Bəxtiyar oğlu Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-ü gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatlar nəticəsində şəhidlik zirvəsinə yüksəlib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bütün xəbərlər Facebook səhifəmizdə