"Zəngilan hava limanı Azərbaycanın yeni qərb qapısıdır" - SİYASİ EKSPERT ŞƏRH ETDİ
"Zəngilan Beynəlxalq Hava Limanının açılışı əlbəttə ki, həm Azərbaycan və Türkiyə, eyni zamanda bütün bölgəmiz üçün mühüm bir hadisədir". Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Vüqar Əhmədov bildirib.
Onun sözlərinə görə, istənilən ərazilərdə ən vacib məsələ ilk növbədə strateji obyektlərin və infrastrukturun qurulmasıdır: "Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı öz hədəflərinə çatmaq üçün bu hava limanı bizim işimizə çox yarayacaq. Düşünürəm ki, bu bölgədə böyük quruculuq işləri aparılacaq. Azərbaycan və Türkiyə şirkətləri bu istiqamətdə geniş iş aparır, hər iki ölkənin bu istiqamətdə uzunmüddətli planları var. Zəngilan hava limanı Azərbaycanın yeni qərb qapısı, həm də bu bölgədə yeni layihələr üçün təkan olacaq. Əlbəttə ki, Türkiyənin bu məsələdə siyasi dəstəyi önəmlidir. Bu layihə Azərbaycanın Türkiyə ilə iqtisadi əlaqələrinin və bağlarının daha da möhkəmlənməsinə və Qarabağ iqtisadi rayonunun inkişafına xidmət edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB