"Fransa həmişəki kimi ikiüzlü və riyakar siyasət yürüdür" - MÜNASİBƏT BİLDİRİLDİ

"Fransa həmişəki kimi ikiüzlü və riyakar siyasət yürüdür" - MÜNASİBƏT BİLDİRİLDİ

"Regionda və dünyada böyük proseslər gedir. Hərbi münaqişələr qızışıb və çox qarışıq bir vaxtdır". Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının sədri, “Qaziler.az” saytının rəhbəri, müharibə veteranı Rey Kərimoğlu deyib.

Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid və qazilərimizin sayəsində torpaqlarımızı işğaldan azad etmişik: "Amma bir çox məsələlər var ki həllini tapmalıdır. Amma bir çox dövlətlər bu prosesin sülhlə nəticələnməsini istəmirlər. Çox təəssüflər olsun ki bu işlərin içində həmişəki kimi Fransa var. Fransa həmişə aranı qatır".

Rey Kərimoğlu sözlərinə belə davam edib: "Fransa bu məsələyə heç vaxt obyektiv yanaşmayıb. O, Ermənistana heç vaxt "Sən işğalçısan, Qarabağdan çıx!" fikrini səsləndirmiyəb. Bu günləri gah Azərbaycanla təmas qurub sülh müqaviləsinin imzalanmasında iştirak edir, digər tərəfdən də ikiüzlülük edərək Ermənistanı müdafiə edən bəyanatlar verirlər. Fransa həmişəki kimi ikiüzlü və riyakar siyasət yürüdür.

Azərbaycan Fransaya cənab Prezidentin çıxışları ilə cavabını verir. Fransa Ermənistan-Azərbaycan arasında olacaq sülh sazişi danışıqlarında iştirak edə bilməz. Fransa işğalçını dəstəkləyir. Fransanı həqiqətin yanında olmağa çağırırıq".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə